Havanın temperaturu iqlim normasından 3 dərəcə yuxarı olub
Gündəm 22 Avqust 2019 16:05 162 dəfə oxunub
Havanın temperaturu iqlim normasından 3 dərəcə yuxarı olub
İsti hava şəraiti avqustun 23-24-də də davam edəcək

“Dünən Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 3 dərəcə yuxarı olub”. Avtosfer.az xəbər verir ki, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, bu gün də temperaturun iqlim normasından yuxarı olacağı gözlənilir: “Avqust ayının ilk yarısında şimal və şimal-qərb küləklərinin əsməsi ilə əlaqədar nisbətən sərin hava şəraiti müşahidə olunurdu. Avqustun 16-dan başlayaraq cənubdan isti hava axınlarının ölkə ərazisinə daxil olması ilə əlaqədar temperaturun yüksəlməsi müşahidə olunur. Hazırda ölkə ərazisində günəşli, yağmursuz və isti hava şəraiti hökm sürür”.

A.Verdiyev deyib ki, isti hava şəraiti avqustun 23-24-də də davam edəcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh