Sürücülərin nəzərinə! “Baksol” yoluna giriş bağlanıb - FOTO
Gündəm 22 Avqust 2019 16:20 263 dəfə oxunub
Sürücülərin nəzərinə! “Baksol” yoluna giriş bağlanıb - FOTO
Sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik

“Baksol” yolu adlanan ərazidəki taxta bazarında baş verən yanğınla əlaqədar qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.

BNA-dan Avtosfer.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb. Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh