“Təmiz hava aylığı” ilə bağlı növbəti aksiyalar keçirilib - FOTO - VİDEO

Yol polisi 22 Avqust 2019 17:15 Oxunub 1849
“Təmiz hava aylığı” ilə bağlı növbəti aksiyalar keçirilib - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nərimanov və Nəsimi rayonlarında sürücülər maarifləndirildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Dövlət Yol polisi İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarəsi ilə birlikdə "Təmiz hava" aylığı ilə bağlı növbəti aksiyanı Nərimanov və Nəsimi rayonlarında keçirib.

Avtosfer.az xəbər verir ki, 22 avqust 2019-cu il tarixində keçirilən birgə tədbir zamanı avtomobillərdən atmosferə atılan qazların miqdarı yoxlanılıb.

Nərimanov rayonunda 30, Nəsimi rayonunda 50-dən artıq sürücü saxlanılıb.

Havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə həm sağlamlıqlarının, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlamaları ilə bağlı maarifləndirici tövsiyələr verilib. Avtomobilləri saz vəziyyətdə olan sürücülərə isə təşəkkür edilib.

Nəsimi rayonu ərazisində keçirilən aksiya zamanı əksər sürücülərin avtomobilləri normalara cavab verib. Sürücülərlə söhbət zamanı tövsiyə ediblər ki, avtomobillərin saz vəziyyətdə saxlanması əvvəlcə özləri, ailə üzvləri və cəmiyyət üçün xeyirlidir.

Zərərli qazların miqdarı normadan artıq olan nəqliyyat vasitələrinin sürücülərinə inzibati qaydada protokol tərtib olunub. Bəzi sürücülərə xəbərdarlıq olunub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, paytaxt ərazisində avqust ayı ərzində mütamadi olaraq maarifkləndirici aksiyalar keçirilir. “Təmiz hava aylığı” ilə bağlı tədbirlər ayın sonunadək davam etdiriləcək.

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh