Bakıda bu avtmobillər 3-4 min manat bahalaşdı - QİYMƏTLƏR

Gündəm 22 Avqust 2019 17:15 Oxunub 4745
Bakıda bu avtmobillər 3-4 min manat bahalaşdı - QİYMƏTLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həm yeni, həm də ikinci əl avtomobillərdə bahalaşma var

Yay mövsümü ilə əlaqədar istirahətə gedənlərin artması avtomobil bazarında alıcılı sayını azaltsa da, bu, qiymətlərə təsir etməyib. Avtosfer.az Bakucity.az-a istinadən xəbər verir ki, ötən həftə Badamdar avtomobil bazarında 2 min manata yaxın bahalaşma müşahidə edilib. İstehsal ilinə görə bu fərq 2015-ci ildən sonrakı avtomobillərdə 3-4 min manata yaxınlaşıb.

Ümumlikdə, ən çox bahalaşma Almaniya istehsalı olan ikinci əl “Mercedes” avtomobillərində müşahidə edilib. Məsələn, 1998-ci ildən sonra isetshal edilən “Mercedes C-180” modeli əvvələr 9500-10000 min manata satılırdısa, indi bu avtomobilin qiyməti 11000-12000 min manat arasında dəyişir.

İstehsal tarixi 2006-2009-cu illər olan “Mercedes E Class” modellərində isə qiymət fərqi daha çoxdur. Bu avtomobillər 3-4 min manat bahalaşıb. Məsələn, bu avtomobilin 2006-cı ilin 2.2 l. dizel mühərrikli versiyası əvvəl 13-14 min manata satılırdısa, indi qiyməti 17 min manata kimi artıb. 18-19 min manatlıq 2007-ci il model 3.5 l mühərrikli “Mercedes E Class” avtomobilini isə hazırda 22 min manata almaq olar.

“Lada” və “VAZ 2107” 1000-1500 manat bahalaşıb

“Mercedes”lərlə yanaşı, “Lada” və “VAZ 2107-nin qiyməti də artıb. Belə ki, əvvəl 5500 manata satılan 2011-2012-ci illərə aid “Lada 21012” və “Lada 21015” avtomobilləri 6500-7000 min manata kimi bahalaşıb. “VAZ 2107”in qiyməti də 1000-1500 manat artıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh