Bakıdakı taksi şirkətinin naviqasiya proqramında Ermənistan xəritəsi

Gündəm 22 Avqust 2019 19:45 Oxunub 1758
Bakıdakı taksi şirkətinin naviqasiya proqramında Ermənistan xəritəsi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"CaspianNavtel" lisenziyalı proqramının oğurlanmasına etiraz edir

"CaspianNavtel" şirkəti ilə *9111 taksi xidməti arasında narazılıq yaranıb. Avtosfer.az xəbər verir ki, "CaspianNavtel" şirkətinin xəritəçəkmə şöbəsinin müdiri Samir Doroşenko Avropa.info-ya bildirib ki, bu taksi xidməti sürücülər üçün "CaspianNavtel" şirkətində yazılan proqramı şirkəti qəbul etmir.  "Bunun əvəzində sürücüdən proqramı silərək, 10 azn Crack variantı yazir. Qeyd edim ki, "CaspianNavtel" şirkəti Azərbaycanda "Cityguide" və "Geonet" proqramlarının tərkibində olan elektron xəritənin rəsmi distribüterdir. Bir il əvvəl bu problemi taksi xidmətinin rəhbərliyinin diqqətinə çatdırmışıq. Bizə bildiriblər ki, müştərilərdən bu xəritələrin yazılması müqabilində pul almırlar, həmin naviqasiya proqramılarını pulsuz yazırlar", -deyə qeyd edib.

"CaspianNavtel" şirkətinin əməkdaşı bildirib ki, *9111 taksi xidməti müştəriləri onların əlindən alır: "Xəritələr yenilənmir. Müştərilər yaranan problemlə bizə müraciət etdikdə onlara kömək edə bilmirik. Bu halda da müştərilər narazı qalırlar. Bu hal sonda bizim müştərilərimizi itirməyimizə səbəb olur".

Samir Doroşenko, eyni zamanda, bildirib ki, "CaspianNavtel" şirkəti taksi sürücüləri arasında reyd keçirib: "Sürücülərdən biri bizə səs yazısını da göndərib. Həmin sürücü naviqasiya proqramınının lisenziyasını özü alıb. Reyd keçirilən zaman müəyyən etdik ki, həmin sürücünün şəxsi lisenziyası bir çox sürücünün naviqasiya proqramında da aşkar olunub. Məlum olub ki, həmin "Crack" variantlı xəritə ilə Ermənistanın xəritəsi əlavə edilir".

Şirkətin əməkdaşı deyib ki, onlardan naviqasiya proqramı yazdıran taksi sürücüləri də bu taksi xidmətindən şikayət edirlər: “Naviqasiya porqramını “CaspianNavtel”dən alan sürücülərə şirkət əməkdaşları bu proqramın “köhnə” olduğunu və daha müasir bir sistem yazacaqlarını deyirlər. Buna görə sürücülər əlavə olaraq, 10 manat ödəyirlər”.

Xatırladaq ki, Azərbaycan sərhədlərinin təhrif olunduğu xəritələr, milli-mədəni nümunələrin başqa xalqların adına çıxılması halları ilə bağlı əvvəllər də mətbuatda məlumatlar dərc edilmişdi. Həmin məlumatlarda qeyd edilirdi ki, Bakıda fəaliyyət göstərən *9111 taksi xidmətinin naviqasiya sistemində paytaxt küçələrindən biri "Artsax” kimi qeyd olunub. Həmin ərazisi isə əslində, metronun "Ulduz” stansiyasının yaxınlığıdır.

Bu barədə danışan mütəxəssislər qeyd etmişdi ki, Bakıda taksi xidməti göstərən şirkətlər əsasən, yerli naviqasiyalardan istifadə edirlər. Sistemin özü isə Rusiyanındır.

O zaman *9111 taksi xidmətindən isə bildirmişdilər ki, fotosu yayılan proqramın onlara heç bir aidiyyatı yoxdur. Həmin proqram 2111 "maxim" taksinin istifadə etdiyi proqramdır. 9111 taksi xidməti isə "Taxisi" proqramından istifadə edir.

Xəritələrdə yaranan problemlə bağlı taksi sürücüləri də narazılıq edirlər. “CaspianNavtel” şirkətinin Avropa.info-ya təqdim etdiyi səs yazısında taksi sürücülərindən biri bu barədə danışır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh