Avtomobil həvəskarları üçün ən təhlükəli və təhlükəsiz şəhərlərin adı açıqlanıb

Gündəm 22 Avqust 2019 20:03 Oxunub 1213
Avtomobil həvəskarları üçün ən təhlükəli və təhlükəsiz şəhərlərin adı açıqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Temryuk, Rusiyada baş verən ümumi qəzaların orta göstəricisindən 2.5 dəfə çox qeydə alındığı şəhəridir

Rusiyada avtomobil həvəskarları üçün ən təhlükəli və təhlükəsiz şəhərlərin adı açıqlanıb. Avtosfer.az “Life.ru”ya istinadən xəbər verir ki, Krasnodar əyalətinin Temryuk şəhəri sürücülər üçün ən təhlükəli ərazi kimi tanınıb. Bu şəhərdə baş verən qəzalarda tez-tez nəqliyyat vasitələri deformasiyaya uğrayaraq idarə edilməz vəziyyətə düşür.

Temryuk, Rusiyada baş verən ümumi qəzaların orta göstəricisindən 2.5 dəfə çox qeydə alındığı şəhəridir.

Həmçinin, təhlükəli şəhərlər siyahısında Çelyabinsk, Lipeçk, Voronej, İrkutsk və Novosibirsk də yer alıb.

Ən təhlükəsiz şəhər kimi isə Tümen, Ryazan və Ulyanovsk elan olunub. Siyahını Yaroslav, Kalininqrad, Pskov və Orenburq davam etdirir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh