Sürücü yatdı: yolda dəhşət yaşandı – 2-si uşaq, 6 ölü

Qəzalar 23 Avqust 2019 07:19 Oxunub 1010
Sürücü yatdı: yolda dəhşət yaşandı – 2-si uşaq, 6 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşın yoldan çıxaraq 4 metrlik hündürlükdən uçuruma düşərək yanıb

Kubanın şərqində minik avtomobilinin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Las-Tunas əyalətində qeydə alınıb. Bu barədə “TunasVisión” telekanalı məlumat yayıb.

İlkin məlumatlara görə, sürücü sükan arxasında yatıb və avtomobil körpünün arakəsmələrinə çırpılıb. Qəzanın şiddətindən maşın yoldan çıxaraq 4 metrlik hündürlükdən uçuruma düşərək yanıb. Nəqliyyat vasitəsində 2-si uşaq olmaqla 6 nəfər olub. Onlardan heç kim sağ qalmayıb.

Qeyd edək ki, avqustun 22-si Kuba polisi 2019-cu ildə baş verən yol-nəqliyyat hadisələrinin statistikasını açıqlayıb. Bildirilir ki, iyun ayına qədər ölkə ərazisində 4.1 mindən çox qəza qeydə alınıb. Nəticədə 269 nəfər ölüb, 3 mindən çox insan isə xəsarət alıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh