Ambulans iki minik avtomobili ilə toqquşdu: 2 ölü, 5 yaralı - FOTO

Avtosfer Foto 23 Avqust 2019 09:05 Oxunub 2628
Ambulans iki minik avtomobili ilə toqquşdu: 2 ölü, 5 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar

Türkiyənin Kütahya vilayətində ambulansın və iki minik avtomobilinin iştirakı ilə baş verən zəncirləmə yol qəzasında 2 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən məlumat verir ki, hadisə Kütahya-Çavdarhisar avtomagistralında qeydə alınıb. Məlumata görə, adı və qeydiyyat dövlət qeydiyyat nişan nömrəsi müəyyənləşməyən təcili tibbi yardım maşını Yalnızsaray qovşağında 2 minik avtomobili ilə toqquşub. Nəticədə ambulansda vəziyyəti ağır olan xəstə ilə minik maşınında olan 1 nəfər hadisə yerində həyatlarını itiriblər. 3-ü səhiyyə əməkdaşı olmaqla, 5 nəfər isə yaralanıb. Onlar qəza yerinə gələn təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh