İran-Azərbaycan dəmir yolu xəttinin xəritəçəkmə prosesi başa çatıb

Gündəm 23 Avqust 2019 11:43 Oxunub 687
İran-Azərbaycan dəmir yolu xəttinin xəritəçəkmə prosesi başa çatıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunu İranın Ərdəbil əyalətinin başçısı  Əkbər Behnamcu Parsabad şəhərində keçirilən iclasda çıxış edərkən deyib

Ərdəbil (iran)- Azərbaycan Respublikası dəmir yolu xəttinin  xəritəçəkmə prosesi başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə,  bunu İranın Ərdəbil əyalətinin başçısı  Əkbər Behnamcu Parsabad şəhərində keçirilən iclasda çıxış edərkən deyib.

Ə.Behnamcunun sözlərinə görə, Ərdəbil – Azərbaycan Respublikası dəmir yolu xətti  sərhədlər arasında əlaqələrin inkişafı üçün böyük əhəmiyyət daşıyır: “Dəmir yolu xəttinin xəritəçəkmə prosesi və layihələndirilməsi başa çatıb. Dəmir yolu xəttinin tikintisi Ərdəbil əyalətində kənd təsərrüfatı və turizmin inkişafına böyük təkan verəcək”.

O həmçinin  Azərbaycanla sərhəddə yerləşən Parsabad şəhərinin hava limanının yük daşımaları həyata keçirmək üçün  inkişaf etdirilməsinin zərurətindən danışıb və bildirib ki, yaxın zamanlarda hava limanının yenidən qurulması üçün lazım olan vəsait ayrılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh