Bakıda 1500-dən artıq yol nişanı yenilənib - FOTO

Gündəm 23 Avqust 2019 12:28 Oxunub 668
Bakıda 1500-dən artıq yol nişanı yenilənib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxil olan vətəndaş müraciətlər ilə bağlı müvafiq tədbirlər görülüb

Paytaxtın küçə və prospektlərində yol nişanlarının yenilənməsi, mövcud çatışmazlıqların aradan qaldırılması işləri davam etdirilir. BNA-dən Avtosfer.az-a verilən məlumata görə, məqsəd nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırılmaqdır. Daxil olan vətəndaş müraciətləri, eyni zamanda, Agentliyin mütəxəsissləri tərəfindən aparılan təhlillərlə müəyyən edilən ünvanlarda yol nişanları ilə bağlı müvafiq tədbirlər görülüb. 2019-cu ilin ötən dövründə ümumilikdə 1500-dən artıq yol nişanı yenilənib. Nəticədə şəhərin müxtəlif yerlərində, xüsusəndə ətraf ərazilərdə yol hərəkəti təhlükəsizliyinin səviyyəsi əhəmiyyətli dərəcədə artırılıb.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh