“Haas” Formula 1-i tərk edə bilər
Yarışma 23 Avqust 2019 16:06 999 dəfə oxunub
“Haas” Formula 1-i tərk edə bilər
2021-ci ildə reqlamentin dəyişməsindən sonra

“Haas”ın sahibi Cin Haas etiraf edib ki, onun komandası Formula 1 çempionatını tərk edə bilər. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, hər şey komandanın saxlanma xərclərindən və əldə olunan nəticələrdən asılı olacaq. “Autosport” saytı onun aşağıdakı sözlərini sitat gətirib: “Əgər komandanın saxlanılması çox mürəkkəb olsa, o zaman getmək lazım gələcək. Bunun 2021-ci ildə qaydaların dəyişdirilməsi öncəsi baş verəcəyindən ehtiyat edirəm. Komandanın xərcləri bizə neçəyə başa gələcək? Hər dəfə Formula 1-də dəyişikliklər baş verdiyində bu, bizə 20, 30, 40 milyon dollara başa gəlir. Hərçənd onlar daim təkrar edirlər ki, qənaət etmək istəyirlər”.

Hazırkı mövsümdə “Haas”da işlər yaxşı getmir. Komanda cəmi 26 xal toplayıb və Konstruktorlar Kuboku üzrə yarışlarda yalnız “Williams”ı qabaqlayaraq doqquzuncu yeri tutur. Sonuncunun aktivində isə cəmi 1 xal var.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh