“Mercedes”in pilotu Hemilton BMT-yə müraciət edib
Yarışma 23 Avqust 2019 17:10 803 dəfə oxunub
“Mercedes”in pilotu Hemilton BMT-yə müraciət edib
“Dünyamızın necə əzab çəkdiyini görmək olduqca qorxuncdur”

Formula 1-in “Mercedes” komandasının britaniyalı pilotu Luis Hemilton Braziliyada yanğınların söndürülməsi məsələsində BMT-yə öz yardımını təklif edib. Milyonlarla heyvan və bitkilərin evi olan yağışlı Amazon meşələrini artıq iki həftədən çoxdur ki, yanğınlar bürüyüb. Bu yanğınlar isə ekoloji fəlakətə gətirib çıxarıb. Yerli mətbuatın xəbərinə görə, yanğınları faydalı qazıntılar çıxarmaqla, habelə tikinti və kəndə təsərrüfatı ilə məşğul olan şirkətlər qəsdən törədiblər.

Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Luis Hemilton özünün sosial şəbəkələrdəki səhifəsində yazıb: “Dünyamızın necə əzab çəkdiyini görmək olduqca qorxuncdur. Amazonlarda tropik meşələr rekord dərəcədə sürətlə yanır. Ötən illə müqayisədə yanğınların sayı 80 faizədək artıb. Alimlər Amazonları planetimizin ağciyəri adlandırırlar. Belə ki, onlar nəfəs aldığımız oksigenin 20 faizini hasil edirlər. Hər gün bir dəqiqə ərzində futbol meydançası ölçüsündə meşə ərazisi məhv olur. Əgər siz bununla əlaqədar sosial şəbəkələrdə heç nə yazmadınızsa, lütfən, bunu edin. Fəaliyyətimizi davam etdirmək çox vacibdir. Mən Birləşmiş Millətlər Təşkilatına müraciət edirəm. Əgər hər hansı yardımım toxunarsa, mən bütün vasitələrlə kömək etməyə hazıram”.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh