Maşın TIR-a çırpıldı: bir ailədən 2-si öldü, 3-ü isə yaralandı - FOTO

Avtosfer Foto 23 Avqust 2019 18:34 Oxunub 1949
Maşın TIR-a çırpıldı: bir ailədən 2-si öldü, 3-ü isə yaralandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük maşınının sürücüsü həbs edilib

Türkiyənin Ağsaray vilayətində minik avtomobilin və TIR-ın iştirakı ilə baş verən ağır yol qəzasında 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Avtosfer.az yerli mətbuata istinadən məlumat verir ki, hadisə səhər saatlarında Ağsaray-İhlara avtomagistralının Kireçlik istiqamətindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Gücünqaya kəndinə gedən Ümid Süleyman Çələbi K.-nin (38) idarə etdiyi 68 HC 071 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili, eyni yolda hərəkət edən Orxan S.-nin (38) idarə etdiyi 68 BS 757 dövlət qeydiyyat nömrə nişanlı TIR-a arxadan çırpılıb.

Qəzanın şiddətindən minik maşını deformasiyaya uğrayıb.

Nəticədə Ümid Süleyman Çələbi K. və avtomobildə sərnişin olaraq qızı Xədicə K. (11), oğlu Alpər K. (9) xəsarətlər alıblar. Sürücünün həyat yoldaşı Hafizə Kestək (37) və daha bir 5 yaşlı oğlu Mustafa Kestək həyatlarını itiriblər.

Ətrafdakı insanların xəbər verməsi ilə qəza yerinə səhiyyə, polis və yanğınsöndürmə briqadaları cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

TIR sürücüsü həbs edilib. Polis insidentlə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh