YPX əməkdaşları yanan avtomobili söndürdü - VİDEO - FOTO
Yol polisi 23 Avqust 2019 17:52 2062 dəfə oxunub
YPX əməkdaşları yanan avtomobili söndürdü - VİDEO - FOTO
Operativ şəkildə yanğının qarşısını alan həmin YPX əməkdaşlarına təşəkkür edirik

Bu gün paytaxtın Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində (Madonna restoranının yanında) avtomobilin yanma hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, avtomobildə olan nasalığa görə alışma baş verib. Hadisə şahidlərinin sözlərinə görə alışma avtomobilin yük yeri hissəsində yerləşən akkumlyatordan başlayıb.
Hadisə yerinə gələn 99-YP-386 qeydiyyat nişanlı YPX avtomobilinin ekipajları, patrul avtomobilində olan ödsündürənlə yanğının qarşısını alıb. YPX əməkdaşları yanğını söndürdükdən sonra əraziyə yanğından mühafizə xidmətinin əməkdaşları gəlib.

Operativ şəkildə yanğının qarşısını alan həmin YPX əməkdaşlarına Avtosfer.az saytı adından təşəkkürümüzü bildiririk.

Digər avtomobildəki kameraya düşən həmin görüntüləri sizə təqdim edirik.

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh