Məşhur futbolçunun xanımı ayağını qaldırıb avtomobil idarə etdi - FOTO + VİDEO

Avtosfer TV 23 Avqust 2019 20:19 Oxunub 5175
Məşhur futbolçunun xanımı ayağını qaldırıb avtomobil idarə etdi - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Onun elədiyi çox təhlükəli və məsuliyyətsiz hərəkətdir. Kimisə öldürə bilərdi”

Əlcəzairli məşhur futbolçunun xanımı avtomobili qeyri-adi üsulla idarə edib. Avtosfer.az “The SUN”a istinadən məlumat verir ki, futbolçu hadisənin görüntülərini sosial şəbəkə hesabından paylaşıb.

İngiltərənin sayılıb-seçilən klublarından olan “Mançester Siti”nin oyunçusu Riyad Mahrezin həyat yoldaşı Rita Mahrez yolda “Mercedes” markalı avtomobili ilə hərəkətdə olan vaxt ayaqlarını şitin üzərinə qoyaraq idarə edib. Keçmiş modelin bu videosunu izləyən bir çox istifadəçi onun bu hərəkətlərini qınayaraq etirazla qarşılayıb.

Yerli mediaya danışan bir sürücü, “Onun elədiyi çox təhlükəli və məsuliyyətsiz hərəkətdir. Kimisə öldürə bilərdi. Nə istəsə eləyə biləcəyini düşünür” - sözlərini söyləyib.

İngiltərə Avtomobil Birliyinin prezidenti Edmund Kinq isə, “Öz-özünə gedən avtomobil olsa belə, ayağı gərək pedalın üzərindən olsun. Əks halda təcili bir vəziyyət baş verdikdə müdaxilə etmək gec ola bilər. Bu hərəkət gərək cəzasız qalmasın” – deyib.

Rita Mahrezin bu təhlükəli hərəkətindən ötrü cəzalanıb-cəzalanmayacağı isə hələ ki bilinmir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh