Aprel döyüşləri zamanı Bakıda yüzlərlə polis əməkdaşı döyüşə getmək üçün müraciət edib

Gündəm 24 Avqust 2019 13:57 Oxunub 1384
Aprel döyüşləri zamanı Bakıda yüzlərlə polis əməkdaşı döyüşə getmək üçün müraciət edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan Polisi səngərsiz əsgərdir

2016-cı ildə Azərbaycan Ordusunun qələbəsi ilə bitən aprel döyüşləribaşlayanda Bakı Polis Qarnizonundan yüzlərlə polis əməkdaşı döyüşə getmək üçün yazılı və şifahi müraciətlər ünvanlayıb.

Avtosfer.az-ın xəbərinə görə, bu barədə məlumat Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) facebook səhifəsində yer alıb.

Belə ki, polis serjantları ilə yanaşı, yüksək rütbəli zabitlər müraciətlər və raportlar yazaraq xidmət yerinin səngərə dəyişdirilməsi ilə bağlı müraciətlərdə özlərini Vətən üçün fəda etməyə hazır olduqlarını bildiriblər: “Səngərdə döyüşən, canını Vətən üçün fəda edən oğullarımızdan artıq olmadıqları həmin müraciətlərin ana xəttini təşkil etmişdir: Azərbaycan Polisi səngərsiz əsgərdir!”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh