Şadlıq evinin qarşısında dava - Sumqayıtda

Gündəm 25 Avqust 2019 09:26 Oxunub 584
Şadlıq evinin qarşısında dava - Sumqayıtda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda faktla bağlı araşdırma aparılır

Sumqayıt şəhərində “Bəyaz Saray" şadlıq evinin qarşısında dava baş verib. Avtosfer.az xəbər verir ki, Sumqayıt Şəhər Baş Polis İdarəsinin 1-ci polis bölməsindən “Report”a verilən məlumata görə, içkili olan şəxslə digər bir nəfər arasında mübahisə zəmnində dava düşüb.

Dava zamanı onları ayırmaq istəyən ofisiant yüngül bıçaq xəsarəti alıb. Hazırda faktla bağlı araşdırma aparılır.

***23:58 - 24.08.2019

Sumqayıt şəhərində kütləvi dava baş verib. Hadisə "Bəyaz Saray" şadlıq evinin qarşısında qeydə alınıb. Belə ki, 20 nəfərə yaxın iki qrup arasında mübahisə zəmnində dava düşüb. Əraziyə Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Kütləvi dava zamanı ağır xəsarət alanların olub olmaması barədə hələki məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh