Qaxda yol polisi sürücülərə və sərnişinlərə sərin su paylayıb - FOTO

Yol polisi 25 Avqust 2019 11:34 Oxunub 1846
Qaxda yol polisi sürücülərə və sərnişinlərə sərin su paylayıb  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu istiqamətdə tədbirlər davam etdirilir

Qax rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları havaların isti keçməsi ilə əlaqədar olaraq yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin iş və istirahət rejiminə, eləcə də, onların sağlamlığına nəzarəti gücləndirib. Avtosfer.az-ın məlumatına görə, rayonun bir neçə yerində müvəqqəti postlar yaradılıb. Günün qızmar vaxtlarında avtomobil, xüsusən avtobus və mikroavtobus idarə edən sürücülər saxlanılaraq, onların istirahət etməsinə şərait yaradılıb. Yol polisi əməkdaşları sürücülərə və nəqliyyat vasitəsində olan sərnişinlərə sərin sular paylayıb, onların səhhətləri ilə maraqlanıblar. İsti havanın təsirindən özünü halsız hiss edənlər, səhhətində problem olanlar elə yerindəcə həkim nəzarətindən keçirilib, onlara tibbi yardım göstərilib. DYPB-nin əməkdaşları isti havalarda sürücülərə yollarda diqqətli olmalarını, hərəkəti birdəfəlik deyil, fasilələrlə davam etdirməyi məsləhət görüblər. Bunun həm onların, həm də sərnişinlərin həyatı üçün vacib olduğu bildirilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh