Bu yolda nişanlar arasında olan ziddiyyət sürücülərə təhlükə yaradır - VİDEO

Xəbərlər 26 Avqust 2019 11:26 Oxunub 2249
Bu yolda nişanlar arasında olan ziddiyyət sürücülərə təhlükə yaradır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə olan halda isə hər iki yol baş yol hesab edilir

Bakı-Qazax yolunda nişanlar arasında ziddiyyət sürücülərə təhlükə yaradır. Bu barədə "Report"a sürücülərdən biri məlumat verib. Belə ki, Bakı-Qazax yolunun Qazax rayonu ərazisində yerləşən dairədə (Olimpiya Kompleksinin yanında) həm Qırmızı Körpü istiqamətində, həm də Bakı istiqamətində 4.3 dairəvi hərəkət nişanı və 2.1 baş yol nişanı var. Lakin Əskipara kəndindən həmin dairəyə daxil olan hissədə heç bir nişan yoxdur.

Belə olan halda isə hər iki yol baş yol hesab edilir. Qırmızı Körpüdən Bakı istiqamətinə hərəkət edən sürücülər baş yol nişanını görərək özlərini üstün sayır, Əskipara kəndindən gələn sürücülərə də heç bir nişan olmadığı üçün adi yolayrıcının keçmə qaydasını, yəni sağdan, Əskiparadan gələn avtomobillərin üstün olduğunu sayaraq yolayrıcına daxil olaraq qəza vəziyyəti yaranır.

Sürücülər ümid edirlər ki, aidiyyəti qurumlar təhlükəli vəziyyəti nəzərə alaraq Əskiparadan gələn nəqliyyat vasitələri üçün 4.3 dairəvi hərəkət nişanı qoyaraq yaranmış problemi həll edəcəklər.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh