30 tonluq qaya ekskavatorun üzərinə aşdı – FOTO

Avtosfer Foto 26 Avqust 2019 12:01 Oxunub 1598
30 tonluq qaya ekskavatorun üzərinə aşdı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürüşmə baş verən magistralın 2 kilometrlik hissəsi 10 günlüyünə nəqliyyatın hərəkətinə bağlanıb

Türkiyənin Karaman vilayətində ekskavatorun üzərinə 30 tonluq qaya aşıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ərmənək-Güneyyurd avtomagistralının 1-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, xüsusi bir şirkət tərəfindən yolun genişləndirilməsi zamanı torpaq sürüşməsi baş verib. Sürüşmə vaxtı yamacdan qopan təxminən 30 ton ağırlığındakı üç qaya parçasından ikisi yola yuvarlanıb, biri isə ekskavatorun üzərinə düşüb.

Xoşbəxtlikdən iri qaya ekskavatoru idarə edən operatorun içində olduğu kabinənin üzərinə düşməyib. Ancaq maşın idarə edilməz vəziyyətə çatıb. Sürüşmə baş verən magistralın 2 kilometrlik hissəsi 10 günlüyünə nəqliyyatın hərəkətinə bağlanıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh