Məşhur motosikletçi yürüş zamanı ağır kəllə-beyin travması alıb
Yarışma 26 Avqust 2019 14:39 726 dəfə oxunub
Məşhur motosikletçi yürüş zamanı ağır kəllə-beyin travması alıb
Növbəti yarış sentyabrın 15-də İtaliyada təşkil olunacaq

“MotoGP” üzrə dünya çempionatında çıxış edən “Dukati” komandasının italiyalı motosikletçisi Andrea Dovitsiozo Böyük Britaniya Qran-Prisi zamanı ciddi qəza törədib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, qəzadan sonra xəstəxanaya yerləşdirilən italiyalı sürücünün ağır kəllə-beyin travması aldığı bildirilib. İtaliyalı idmançı “Yamaha”nın fransalı sürücüsü Fabio Kuartararo ilə toqquşaraq asfalta yıxılıb və onun motosikleti yanıb.

Qeyd edək ki, 20 dövrədən ibarət motoyürüşdə “Suzuki” komandasının üzvü Aleks Rins birinci olub. “Honda”nın üzvü, beşqat dünya çempionu Mark Merkes yarışı ikinci, Maverik Vinyales (“Yamaha”) isə üçüncü pillədə başa vurublar.

Yarış cədvəlinə 250 xalla M.Merkes başçılıq edir. A.Dovitsiozo 172 xalla ikinci, A.Rins isə 149 xalla üçüncü pillədə qərarlaşıblar.

Növbəti yarış sentyabrın 15-də İtaliyada təşkil olunacaq. Mövsümə noyabrın 17-də İspaniyada yekun vurulacaq.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh