Tibb bacısı ərinin qəzada öldüyünü eşidib ŞOK keçirdi - FOTO

Avtosfer Foto 26 Avqust 2019 18:40 Oxunub 5648
Tibb bacısı ərinin qəzada öldüyünü eşidib ŞOK keçirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Həyat yoldaşımı geri qaytarın. Nə olar məni də öldürün. Onun gözlərini görmək istəyirəm”

Türkiyənin Ağsaray vilayətində minik avtomobilinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə səhər saatlarında Tacin məhəlləsi, Ağsaray Təhsil və Araşdırma Xəstəxanasının yaxınlığında qeydə alınıb.

Məlumata görə, bir firmada aşpaz işləyən Onurcan Çələbi idarə etdiyi 68 KL 849 dövlət qeydiyyat nömrə nişanlı “Toyota Yaris” markalı minik maşınının idarəetməsini itirərək yol kənarındakı işıq dirəyinə çırpıb. Toqquşmanın şiddətindən deformasiyaya uğrayan “Toyota”nın sürücüsü hadisə yerində ölüb. Sərnişini İsmayıl Özgür Giray isə ağır xəsarətlər alıb.

Nəqliyyat vasitəsinin içərisində sıxışaraq qalan İsmayıl xilasedicilər tərəfindən çıxarılaraq Ağsaray Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb.

Qardaşı oğlunun yaralı vəziyyətdə işlədiyi xəstəxanaya gətirildiyini öyrənən tibb bacısı Necla Çələbi, təsadüfən yanında olan baldızı ilə qəza yerinə gediblər.

Ölən Onurcan Çələbinin bacısı aldığı bu xəbərlə huşunu itirib, Necla Çələbi atasına telefonla zəng vuraraq, “Atacan özünü çatdır” – deyə qəza xəbərini ona çatdırıb.

Sonra da ambulansda iş yoldaşlarına, “Həyat yoldaşımı geri qaytarın. Nə olar məni də öldürün. Onun gözlərini görmək istəyirəm” - deyərək əsəb keçirib.

Müalicəyə götürülən ağır yaralı 9 yaşlı balaca İsmayıl Özgür Girayın həyatı təhlükəsinin olduğu bildirilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh