Bakıda çimərliklərdə "üzən" maşınlar - VİDEO

Xəbərlər 30 Avqust 2019 11:29 Oxunub 4942
Bakıda çimərliklərdə "üzən" maşınlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşını az qala dənizdə üzdürən sürücülər insanlara maneə yaratmaqla yanaşı bəzən təhlükə mənbəyinə də çevrilirlər

Bu il paytaxt Bakıda "IDEA"-nın təşəbbüsü ilə ictimai çimərliklər yaradıldı. Çimərliklərdə bütün lazımi şərait təhciz edilib. Avtomobillər üçün dayanacaq da öz yerində. Amma təssüflər olsun ki, bəzi sürücülər bu dayanacaqlardan istifadə etmək əvəzinə insanların istirahət etdiyi yerlərdə avtomobil park edirlər. Avtosfer.az-a vətəndaşlar tərəfindən bununla bağlı şikayətlər daxil olur.

Bildirilir ki, normal park yeri olduğu halda maşını az qala dənizdə üzdürən sürücülər insanlara maneə yaratmaqla yanaşı bəzən təhlükə mənbəyinə də çevrilirlər. Çünkü sahildə təlim keçən, sadəcə maşın sürən, drift etmək istəyənlər az deyil. Bu günlərdə yol polisi çimərliklərdə keçirdiyi aksiyada belə məsələləri sürücülərin diqqətinə çatdırıb.

Amma təssüf olsun ki, bəziləri bu tövsiyələrə əməl etmək istəmir. Videonu təqdim edirik:

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh