Maşın işıq dirəyinə çırpıldı: pəncərədən çıxan ana uşaqlarını belə xilas etdi - BAKIDA - VİDEO

Avtoxəbər 30 Avqust 2019 11:35 Oxunub 5832
Maşın işıq dirəyinə çırpıldı: pəncərədən çıxan ana uşaqlarını belə xilas etdi - BAKIDA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ananın bu çevik hərəkəti qəza nəticəsində ağır xəsarət almanın qarşısını alır

Bakıda baş verən dəhşətli qəza kameralara düşüb. Avtosfer.az xəbər verir ki, Heydər Əliyev prospektində, Bakı Nəqliyyat Agentliyinin yaxınlığında hərəkətdə olan "Audi" markalı avtomobilin sürücüsü  qəfildən idarəetməni itirir və maşın işıq dirəyinə çırpılaraq onu aşırdır. Sürücünün qapısı tərəf açılmır. Bu zaman cəmi bir neçə saniyə ərzində avtomobilin ön sərnişin oturan şüşəsindən çıxan sürücü xanım arxa qapıları açaraq iki azyaşlı uşağı maşından çıxardır. Ardınca yerə düşmüş telefonunu götürərək tez avtomobilin yanından uzaqlaşır. Ətrafda olan insanlar yardıma tələsir. Avtomobil isə tüstüləyir. 
Ananın bu çevik hərəkəti qəza nəticəsində ağır xəsarət almanın qarşısını alır. Videonu təqdim edirik:

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh