Bakıda 9 maşın toqquşub, xəsarət alanlar var

Gündəm 26 May 2014 18:07 Oxunub 2153
Bakıda 9 maşın toqquşub, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Bakı Dairəvi yolunda qeydə alınıb

Bakıda zəncirvari yol qəzası baş verib. Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Bakı Dairəvi yolunda, Sədərək Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb. Hadisə zamanı 10-dək avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Qaradağ Rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Polisdən bildirilib ki, hadisə zamanı 9 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh