“Xaliq Faiqoğlu”nun avtobuslarının “Bakı Kart”a qoşulmasının 3 ili tamam oldu - FOTO

Yeniliklər 1 Sentyabr 2019 12:45 Oxunub 2808
“Xaliq Faiqoğlu”nun avtobuslarının “Bakı Kart”a qoşulmasının 3 ili tamam oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət elektron ödəniş sistemini tətbiq edən ilk və yeganə özəl daşıyıcı şirkətdir

1 sentyabr 2016-cı il tarixindən etibarən “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan marşrut xətlərində “Bakı Kart” - elektron ödəniş sisteminin tətbiqinə başlanılıb. Bu barədə Avtosfer.az-a şirkətdən məlumat verilib.
"K Group" və Türkiyənin "Kent Kart" şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində avtobuslarda kart oxuyan cihazlar - validatorlar quraşdırılıb, sürücü və dispetçerlər müvafiq təlimlərdən keçib, şirkətin inzibati binasında xüsusi monitorinq mərkəzi qurulub.
Hazırda şirkətimizin istismarında olan ümumilikdə 9 marşrut xətti (18, 52, 61, 65, 79, 85, 96, 135 və 199) üzrə 200-ə yaxın avtobusda elektron ödəniş sistemi tətbiq edilir.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkəti elektron ödəniş sistemini tətbiq edən ilk və yeganə özəl daşıyıcı şirkətdir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh