"Toyota" ve "Suzuki"nin birgə işi
Maraqlı 2 Sentyabr 2019 07:05 69 dəfə oxunub
"Toyota" ve "Suzuki"nin birgə işi
"Suzuki" şirkəti isə qarşı tərəfin 450 milyon dəyərində səhmlərini əldə edəcək

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış "Toyota" və "Suzuki" şirkətləri səhmlərin çarpaz şəkildə alınması yolu ilə ittifaq yaratmaq niyyətində olduqlarını bəyan ediblər.

Avtosfer.Az fins.az-a istinadən bildirir ki, uzunmüddətli tərəfdaşlıq barədə razılıq əldə edən şirkətlər yeni sahələrdə, o cümlədən pilotsuz avtomobil istehsalı sahəsində əməkdaşlıq edəcəklər.

Bu planın təsdiqi barədə qərar avqustun 28-də hər iki şirkətin direktorlar şuralarının ayrı-ayrılıqda keçirilən iclaslarında qəbul edilib.

Bildirilir ki, "Toyota" şirkəti "Suzuki"nin təqribən 900 milyon dollar dəyərində olan səhmlərinin 5 faizini alacaq. "Suzuki" şirkəti isə qarşı tərəfin 450 milyon dəyərində səhmlərini əldə edəcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh