Çin-ABŞ ticarət mübahisələri Cənubi Koreyanın avtomobil satışına mənfi təsir göstərir

Avtobazar 2 Sentyabr 2019 21:05 Oxunub 2399
Çin-ABŞ ticarət mübahisələri Cənubi Koreyanın avtomobil satışına mənfi təsir göstərir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümumi satış ötən ilin eyni dövrünə nisbətən 4,2 faiz azalıb

Avqustda Cənubi Koreyanın 5 avtomobil istehsalçısının - "Hyundai Motor", "Kia Motors", General Motors Korea", "Renault Samsung Motors" və "SsangYong Motor"un ümumi satışı ötən ilin eyni dövrünə nisbətən 4,2 faiz azalıb. Ötən ay bu şirkətlər cəmi 639 min 435 avtomobil sata biliblər. İlin 8 ayı üzrə ümumi satış da eyni miqdarda azalıb.

Avtosfer.az Azərtac-a istinadla xəbər verir ki, azalmanın əsas səbəbləri Çin və inkişaf etməkdə olan digər ölkələrdə tələbatın azalması, habelə dünyanın iki ən böyük iki avtomobil bazarı olan Çin və ABŞ arasında davam edən ticarət mübahisəsidir.

Cənubi Koreya şirkətlərinin heç daxili bazarda da işləri yaxşı getmir. Belə ki, ötən ay ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz az avtomobil satılıb.

Şirkətlərə gəlincə, ölkənin əsas avtomobil istehsalçıları olan "Hyundai Motor"un hesabat dövründə satışı 6,2 faiz azalıb. Onun törəmə müəssisəsi "Kia Motors"un isə satışı 2,1 faiz çoxalıb.

Cənubi Koreya avtomobil istehsalçıları ilin ikinci yarısındakı satışlardan nikbindirlər. Sonuncu iki şirkət il ərzində ümumilikdə 7,55 milyon avtomobil satmağı hədəfləyiblər. Yanvar-avqustda bu şirkətlər 4,66 milyon avtomobil sata biliblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz azdır.

"Hyundai Motor" və "Kia Motors" Çin bazarında satışı yüksəltməkdən ötrü yerli müştərilər üçün daha çox lokallaşdırlmış modellərin istehsalı üzərində çalışırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh