Bakının Nərimanov rayonunda müasir yol infrastrukturu yaradılır - FOTO

Yeniliklər 3 Sentyabr 2019 11:27 Oxunub 1441
Bakının Nərimanov rayonunda müasir yol infrastrukturu yaradılır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yenidənqurma işləri tərtib olunmuş qrafikə uyğun aparılır

Bakıda yollarda sıxlıq və tıxacların azaldılması, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün Nərimanov rayonu ərazisində 6 km uzunluğa malik olan küçələrdə müasir yol infrastrukturu yaradılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən xəbərə görə, yeni və müasir yol infrastrukturunun Molla Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin bir hissəsində, həmçinin Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən ara yollarda yaradılması işləri yekunlaşmaq üzrədir.

Sadalanan küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənarlaşdırılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib və yeni yol yatağı, həmçinin yol əsası inşa edilib.

Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib və kənarlarına yeni səki daşları düzülüb. Bundan başqa Molla Cümə küçəsində mövcud yol ayrıcı sökülərək yenidən qurulub, aidiyyəti qurumlar tərəfindən yeni yeraltı kommunikasiya xətləri çəkilib.

Layihə çərçivəsində küçələr boyu yeni işıqlandırma sisteminin yaradılması işləri də görülür.  Bundan başqa yol kənarlarında xüsusi parklanma yerləri və avtobuslar üçün “cib”li dayanacaqlar qurulur.

Yenidənqurma işləri tərtib olunmuş qrafikə uyğun aparılır. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh