Bakıda yeni tikilən dəmiryol keçidi gölməçəyə çevrildi - VİDEO

Xəbərlər 3 Sentyabr 2019 11:53 Oxunub 2342
Bakıda yeni tikilən dəmiryol keçidi gölməçəyə çevrildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əgər belə olacaqsa heç növbəti qəsəbələrdə tunel tikməsinlər

Təxminən bir ay əvvəl “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı şəhəri, Sabunçu stansiyasının açılışını etdi. Bununla da ətraf qəsəbələrdə elektrik qatarlarının yenidən bərpasına start verildi. Təbii ki, bu sevindirici bir addımdır. Amma...

Yeni çəkilən yolların ilk sınağında gördüyümüz kimi bu dəfə də yağan yağış start verilən işlərin “əmmasını” ortaya çıxardı. Belə ki, Sabunçu stansiyasının yanından qəsəbə istiqamətində gedən yeganə yol neçə vaxt idi ki, bağlı idi. Çünki ərazidə dəmir yolu xəttinin altından tunel tikilirdi. Onsuz da bir neçə ay idi ki, evinə getmək istəyən insanlar 10-15 km əlavə yol qət etməli olurdular. Amma səbr edirdilər. Çünki nəhayət rahat evlərinə gedə biləcəkdilər. Sakinlərin bu sevinci uzun çəkmədi. Dünən yağan yağış yeni tikilən tunelin içərisini üzmə hovuzuna döndərdi. Hətta bir maşın da suda batıb tunelin girişində qalıb. Sakinlərin yolu yenidən bağlanıb. Qarşıdan payız və qış gəlir. Belə görünür ki, sakinlər yeni yoldan istifadəyə həsrət qalacaqlar. Çünki tuneli tikənlər drenaj sistemini çəkməyi (?) deyəsən unudublar. Ya da ki...

İndi sakinləri narahat edən başqa bir çəsələ var. Onların aqibəti ilə digər qəsəbələrin sakinlərinin dəüzləşməsini istəmirlər. Deyirlər ki, əgər belə olacaqsa heç növbəti qəsəbələrdə tunel tikməsinlər. Elə dədə-baba qaydası ilə dəmir yolunun üstündən keçib gedək.

Ərazidə bu gün səhər qeydə alınmış mənzərənin videosunu da təqdim edirik. Ümid edirik ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu problemi hansısa yol ilə (?) aradan qaldıracaq və növbəti tunellərin tikintisində mütləq bu problemi nəzərə alacaq.

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh