Yolayrıcını ilk olaraq hansı avtomobil keçməlidir? – CAVAB

Yarışma 20 Aprel 2015 15:50 Oxunub 2278
Yolayrıcını ilk olaraq hansı avtomobil keçməlidir? – CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Budəfəki sual nizamlanan yolayrıcını keçmə qaydaları ilə bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Bu yolayrıcını ilk olaraq hansı avtomobil keçməlidir? 

A) Düzünə hərəkət edən qırmızı rəngli minik avtomobili;

B) Sola dönən sarı rəngli minik avtomobili;

C) Hərəkət ardıcıllığı qaydalarla müəyyən edilmədiyindən sürücülər öz aralarındakı razılığa uyğun hərəkət etməlidirlər.

Sualın ilk doğru cavabını Vüqar adlı oxucumuz verib. Onu təbrik edirik. «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59 nömrəsinə zəng etmək xahiş olunur.

Sualın daha dəqiq cavabı isə belədir: “Yol hərəkəti haqqında” Qanunun 76-cı maddəsinin 2-ci hissəsində deyilir ki, svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. Şəkildən görünür ki, qırmızı rəngli avtomobil svetoforun əlavə bölməsindəki yaşıl işığa, sarı rəngli avtomobil isə öz qarşısındakı svetoforun əsas bölməsindəki yaşıl işığa uyğun hərəkət edir. Deməli, sualın doğru cavabı “B” variantı olacaq:  Bu yolayrıcını ilk olaraq sola dönən sarı rəngli minik avtomobili keçməlidir.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır.

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh