Metroda cibgirlik edən şəxs saxlanılıb

Avtoxəbər 3 Sentyabr 2019 15:12 Oxunub 1160
Metroda cibgirlik edən şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq edən şəxs saxlanılıb. Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini H.Musayev “28 May” stansiyasında cibində olan 188 manat pulunun oğurlandığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.
“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Xırdalan şəhər sakini Nazim Heydərov metronun “Koroğlu” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb. 
Faktla bağlı araşdırma aparılır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh