Maşın bazarında fantastik qiymətlər - VİDEO

Avtobazar 3 Sentyabr 2019 20:26 Oxunub 1957
Maşın bazarında fantastik qiymətlər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Son ayda avtomobil bazarında əhəmiyyətli qiymət dəyişikliyi müşahidə olunmayıb

Azərbaycanda avtomobil bazarında durğunluq davam edir. Avtosfer.az xəbər verir ki, bu, "Report"un Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub.

Bazara gələn satıcılar qiymətlərin bahalığından, büdcələrinə uyğun avtomobil tapmaqda çətinlik çəkməklərindən şikayət edirlər. Satıcılar isə bildirirlər ki, son ayda avtomobil bazarında əhəmiyyətli qiymət dəyişikliyi müşahidə olunmayıb.

Qeyd edək ki, Badamdar avtomobil bazarında Rusiya istehsalı olan maşınlar azlıq təşkil edir. Satışa çıxarılan avtomobillər əsasən "Mercedes", "KIA", "Chevrolet" modelləridir.

Satıcıların sözlərinə əsasən, alıcılar yanacağın növünə görə dizellə işləyən, qiymətinə görə isə satış qiyməti 10-12 min manata qədər olan avtomobillərə üstünlük verirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh