28 May ərazisində parkinq xaosu yarandı - FOTO

Avtosfer Foto 4 Sentyabr 2019 10:33 Oxunub 1927
28 May ərazisində parkinq xaosu yarandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bircə “Tuk-tuk”lar çatmır

28 May metrostansiyasın ətrafında sözün əsl mənasında xaos yaşanır. Avtosfer.az xəbər verir ki, üç zolaqlı yolun 2 zolağını park edən avvtomobillər tutub. Bu barədə şikayət edən oxucular deyirlər ki, həm maşınların, həm də piyadaların hərəkəti üçün maneə yaranır. “Bura “Bombey”i xatırladır. Bircə “Tuk-tuk”lar çatmır. O da olsa Bombeydən fərqi olmaz.”

Maraqlıdır ki, ərazidə “parkinq” fəaliyyət göstərir. Geniş ərazini zəbt etməsinə baxmayaraq bir-iki manat artıq pul qazanmaq üçün yolun hərəkət hissəni də parkinqə çeviriblər. Hətta sürücülərə hərdən “qəbz” də verilir. Amma bu pullar hara gedir, bəlli deyil. Ən əsası isə ərazidə avtomobil əlindən tərpənmək olmur. Oxucuların göndərdiyi fotoları təqdim edirik.

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh