Avtosalonlar yaşıllıqları necə korlayır? - BŞİH-dən FOTOLAR

Qaydalar 4 Sentyabr 2019 12:02 Oxunub 1580
Avtosalonlar yaşıllıqları necə korlayır? - BŞİH-dən FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət edib

Bakı Şəhər İcra Hakimiyyəti sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə istifadələrində olan obyektlərin qarşısında yerləşən ərazilərdə mövcud yaşıllıqların günün tələbləri səviyyəsinə çatdırılmasını, yeni yaşıl guşələrin yaradılmasını və saxlanılmasını tövsiyyə edir. Bu praktika dünyanın bir çox ölkələrində mövcuddur. Avtosfer.az xəbər verir ki, yaşıl guşələrin yaradılması və qorunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müvafiq Sərəncam imzalayıb. Bildirilib ki, ölkə rəhbərinin siyasəti nəticəsində Bakı şəhəri ciddi inkişaf nümayiş etdirib, şəhərin yaşıllaşdırılması sahəsində önəmli işlər görülüb. Yaşıllaşdırma sahəsində uğurlar əldə etmiş şəhərlərin təcrübəsində sahibkarlar, idarə və müəssisə rəhbərləri tərəfindən ticarət və digər qeyri-yaşayış obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması və saxlanılması praktikası mövcüddur.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına təkan verəcək. 
Qeyd etmək lazımdir ki, sözügedən sərəncam yaşıllaşdırılması dövlət vəsaiti hesabına həyata keçirilməsi nəzədə tutulan ərazilərə şamil edilmir.

Şəhərimizdə obyektlərin qarşısındakı yaşıl guşələr heç də hər yerdə günün tələblərinə cavab vermir.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh