İlon Mask prezidentə “Tesla” hədiyyə edib - FOTO + VİDEO

Avtodünya 4 Sentyabr 2019 18:25 Oxunub 1955
İlon Mask prezidentə “Tesla” hədiyyə edib - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki il əvvəl liderin mətbuat xidməti həqiqətən bildirmişdi ki, o, Minsk küçələrində “Tesla” ilə gəzib

Bu gün məlum olub ki, Aleksandr Lukaşenko ilə İlon Mask yaxın dostular, hətta onlar biri birlərinə hədiyyə də edirlər. Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, milyarder belarusiyalı dostuna, məsələn, “Tesla” avtomobili göndərib. Bu barədə Lukaşenko özü Minsk məktəblərin birində ekoloji nəqliyyat vasitələrindən düşən söhbət zamanı deyib.

“Elektriklə işləyən bir avtomobilim var, yəqin ki, bilirsiniz - “Tesla”. Bəzən onu sınaqdan keçirirəm. Mask hədiyyə edib", - prezident deyib.

İki il əvvəl Belarus liderinin mətbuat xidməti həqiqətən bildirmişdi ki, o, Minsk küçələrində “Tesla” ilə gəzib. Maşın onun elə xoşuna gəlmişdi ki, yerli mühəndislərə Belarus analoqunu hazırlamağı tapşırmışdı. Ancaq şəxsi görüşlər və yaxud hədiyyələr mübadiləsi barədə məlumatlar məlum deyil.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh