Goranboyda avtomobil maneəyə çırpıldı: yaralılar var
Qəzalar 5 Sentyabr 2019 11:05 191 dəfə oxunub
Goranboyda avtomobil maneəyə çırpıldı: yaralılar var
Faktla bağlı araşdırma aparılır

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Muzdurlar kəndi ərazisində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü rayon sakini Məmmədov Səttərbəy Qabil oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Qəza nəticəsində o və maşındakı 1969-cu il təvəllüdlü sərnişin Əliyeva Şərqiyə Kərim qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh