Ekspress-qatarı yük maşınına çırpıldı: 1 ölü, 31 yaralı - FOTO
Qəzalar 5 Sentyabr 2019 11:36 187 dəfə oxunub
Ekspress-qatarı yük maşınına çırpıldı: 1 ölü, 31 yaralı - FOTO
Qəzanın şiddətindən ilk üç vaqon relsdən çıxıb

Yaponiyada ekspress-qatarının və yük avtomobilinin iştirakı ilə baş verən qəzada 1 nəfər ölüb, 31 nəfər isə xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident bu gün səhər saatlarında Kanaqava prefekturasında qeydə alınıb. Bu barədə “NHK” telekanalı məlumat yayıb.

Bildirlir ki, saatda 120 kilometr sürətlə hərəkət edən sərnişin ekspress-qatarı, “Simmati” stansiyası yaxınlığında yük maşınına çırpılıb. Qəzanın şiddətindən ilk üç vaqon relsdən çıxıb, yük maşını isə yanıb.

İlkin məlumatlara görə, toqquşma qatar stansiyadan çıxdıqdan az sonra baş verib.

Ölən – yük maşınının sürücüsüdür. Yaralılar ilkin tibbi yardım göstərilib.

Qeyd edilir ki, şlaqbaum avtonəqliyyat və piyadalara üçün bağlı olub. Şlaqbauma xüsusi sensorlu işıqlar quraşdırılıb ki, hər hansı bir nəqliyyat vasitəsi və yaxud piyada yaxınlaşdıqda, qırmızı işığın xəbərdarlıq edici siqnalını görüb dayansın.

Maşinistin sözlərinə görə, sürücü qırmızı işığın yandığını görüb, lakin çatdırıb əyləci vaxtında sıxa bilməyib.

Polis və dəmiryol idarəsinin əməkdaşları hadisənin səbəblərini araşdırır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh