Minik avtomobilləri toqquşdu: 2 ölü, 9 yaralı
Qəzalar 5 Sentyabr 2019 11:52 193 dəfə oxunub
Minik avtomobilləri toqquşdu: 2 ölü, 9 yaralı
İdarə rəsmisi hadisənin polis tərəfindən araşdırıldığını deyi

İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Məhabad-Bukan yolunda Dostəli kəndi yaxınlığında iki minik avtomobili toqquşub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayəti Məhabad rayonunun yanğınsöndürmə idarəsinin müdiri Rəhman Əhmədi deyib.

R.Əhmədinin sözlərinə görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 9 nəfər yaralanıb. Yaralılar rayonun İmam Xomeyni xəstəxanasına yerləşdirilib.

İdarə rəsmisi hadisənin polis tərəfindən araşdırıldığını deyib.

Qeyd edək ki, Məhabad-Bukan yolunun uzunluğu 65 kilometrdir. Yolun 80% hissəsində avtobus və yük maşınlarının girişi və ötmə əməliyyatı qadağandır.

  

ŞƏRH YAZ
Ad
E-mail
Şərh