Hacıqabulda avtomobil zavodu tikintisinin birinci mərhələsinin başa çatacağı vaxt açıqlanıb

Avtoxəbər 5 Sentyabr 2019 16:34 Oxunub 2442
Hacıqabulda avtomobil zavodu tikintisinin birinci mərhələsinin başa çatacağı vaxt açıqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müəssisədə yerli istehsalat olan ayrı-ayrı parçalardan da istifadə olunacaq

“Azermash Holding” ilə Rusiyanın “Gorkovsky Avtomobil Zavodu” müəssisəsinin müştərək layihəsi çərçivəsində Hacıqabul sənaye məhəlləsində tikilən avtomobil zavodunun inşasının birinci mərhələsinin oktyabr ayında başa çatdırılması gözlənilir.

Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Rusiya İxracat Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev məlumat verib. O, hazırda tikinti işlərinin sürətlə davam etdiyini diqqətə çatdırıb: “Oktyabr ayında QAZ avtomobil istehsalı şirkətinin işgüzar missiyası nəzərdə tutulub. Müəssinin tikintisinin birinci mərhələsinin tamamlanmasına həsr olunan təntənəli mərasim, həmçinin avtomobillərin sərgisi keçiriləcək”.

Xatırladaq ki, cari ilin 9 fevral tarixində Hacıqabul sənaye məhəlləsində təməli qoyulan avtomobil zavodunda 2020-ci ilin ikinci yarısından GAZ qrupuna aid yüngül yük maşınlarının 12 növü istehsal olunacaq. Tərəflər arasında imzalanmış memoranduma əsasən, 14 milyon manat məbləğində sərmayə yatırılan müəssisədə Rusiyadan gətirilən parçalardan “QAZel Next”, “QAZel Business” ticari avtomobilləri, habelə “QAZon Next” orta həcmli yük maşını yığılacaq. Həmçinin təcili yardım və məktəb avtonəqliyyat vasitələri üçün də avadanlığın istehsalı nəzərdə tutulur. Müəssisədə yerli istehsalat olan ayrı-ayrı parçalardan da istifadə olunacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Mecnun 2 Oktyabr 2022 16:00
Mene tulku goz qazel qabinkasi Lazimdi neciya basa gelir onu bilmek istiyirdim