Daha iki marşurut xəttində sərnişin sıxlığı həll olundu - VİDEO

Yeniliklər 5 Sentyabr 2019 17:40 Oxunub 2183
Daha iki marşurut xəttində sərnişin sıxlığı həll olundu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlin sonuna qədər bütün xətlər üzrə kart sisteminin tətbiq olunmasına şərait yaradır

76 və 78 saylı marşrut xəttinə 16 iritutumlu avtobus buraxılıb. Sərnişinləri də razı salan iki istiqamət üzrə əsaslı təmir olunan 16 avtobus xəttə buraxılıb.

Avtosfer.az xəbər verir ki, əvəllər bu xətt üzrə az tutumlu avtobuslar sərnişinlərin istifadəsində idi və bununla bağlı mütəmadi olaraq sərnişinlərdən ALO141 Çağrı Mərkəzinə çoxsaylı şikayətlərin daxil olurdu. Avtobusların tutumu sərnişinlərin tələbatını tam ödəmirdi, eyni zamanda avtobusların texniki cəhətdən vəziyyəti normal deyildi lakin buna baxmayaraq daşıyıcı şirkət tərəfindən mövcud çatışmazlıqların aradan qaldırılması üçün təsirli tədbirlər görülməyib.

Ötən dövr ərzində avtobus parkının yenilənməsi işləri çərçivəsində daşıyıcılar tərəfindən paytaxta yeni avtobuslar gətirilib.

Bütün avtobusların kart sisteminə də keçirilməsi də nəzərdə tutulub, artıq avtobuslar əsaslı təmir olunub və yeni avtobuslar gətirilib, kart sisteminə keçid üçün zəruri olan tədbirlər görülüb. Bu da ilin sonuna qədər kart sisteminin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndirilməsinə və ilin sonuna qədər bütün xətlər üzrə kart sisteminin tətbiq olunmasına şərait yaradır.

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh