Peugeot ən güclü seriya modelini təqdim edib - FOTO

Avtoxəbər 6 Sentyabr 2019 00:56 Oxunub 1058
Peugeot ən güclü seriya modelini təqdim edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə krossover 180 at qüvvəli PureTech 180 benzin mühərriki və 110 at qüvvəli elektromotor ilə təchiz ediləcəkdir

Peugeot şirkəti özünün ən güclü seriya modeli olan 3008 GT HYBRID4 krossoverini təqdim edib. Hibrid güc qurğunun tərkibinə 200 at qüvvəsi hasil edən benzin mühərriki və iki elektromotor daxildir. Elektrik mühərriklərin 110 at qüvvəlisi ön oxda, 112 at qüvvəlisi isə arxa oxda yerləşdirilib. Güc aqreqatı səkkiz pilləli e-EAT8 avtomatik ilə tandemdə çalışır.

Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, hibrid güc qurğusunun ümumi hasilatı 300 at qüvvəsi təşkil edir. Hibrid krossoverə 100 km/saat həddini toplamağa 6,5 saniyə sərf edir. Elektrik ötürməsi ilə tamçəkişli krossover 59 km qət edir.  13,2 kVt/saatlıq batareyanı doldurmaq üçün 1 saat 45 dəqiqə tələb olunur.

Hibrid krossover alkantara və əsl palıd şponundan hazırlanmış dekor elementləri  ilə tərtib edilmiş salonu olan GT təchizat səviyyəsində də əlçatandır. Bundan başqa, hibrid krossover  ADAS sisteminə də sahib olub. Bu sistemin tərkibinə Stop&Go funksiyasına malik olan adaptiv kruiz-kontrol və avtomobili hərəkət zolağında saxlama sistemi daxildir.

300 at qüvvəli versiya ilə yanaşı, bir qədər sonra krossoverin 225 at qüvvəli  öndənçəkişli modifikasiyası da təklif ediləcəkdir. Belə krossover 180 at qüvvəli PureTech 180 benzin mühərriki və 110 at qüvvəli elektromotor ilə təchiz ediləcəkdir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh