Ərdoğanı görmək üçün Zaqataladan Ankaraya velosipedlə yola düşdü - FOTO
Maraqlı 6 Sentyabr 2019 00:59 223 dəfə oxunub
Ərdoğanı görmək üçün Zaqataladan Ankaraya velosipedlə yola düşdü - FOTO
"Bundan başqa arzum yoxdur. İnşallah, Ərdoğanla görüşüb, arzusuna çatar"

İzzədin Abdullayev adlı azərbaycanlı gənc Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün yaşadığı Zaqatala rayonunun Yolayrıc kəndindən Ankaraya velosipedlə səfərə gedib.

Avtosfer.az Azvision.az-a istinadən xəbər verir ki, Abdullayev 1600 kilometrlik məsafəni 16-17 günə başa vurmağı planlaşdırır. Onun dediyinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək ən böyük arzusudur. Ailəsindən xeyir-dua alan Abdullayev artıq yola düşüb.

"Yolum uzundur. Amma bu məni niyyətimdən uzaqlaşdırmır. Belə bir səfərə çıxmağ uzun illərdir ki, arzu edirəm. 1600 kilometr yolu 16-17 günə getməyi planlaşdırıram. Allahın köməkliyi ilə Ərdoğanla görüşə biləcəyimə ümid edirəm. Mənim kimi Ərdoğanı sevən və onunla tanış olmaq istəyən yüz minlərlə azərbaycanlı gənc var. Bütün bu gənclərin adından ora gedirəm", - İzzədin Abdullayev deyib.

O, arzusunun arxasınca getdiyinə görə sevincli olduğunu söyləyib: "Çox sevincliyəm. 1600 kilometr yolu türkləri, Türkiyəni, Türkiyə prezidentini sevməsəydim, gedə bilmərəm. Bu sevgi belə uzun yolu mənim üçün qısaldır. Bu uzunluqda yolu velosipedlə getməyi hədəfləmişəmsə, deməli, Ərdoğanı həqiqətən çox istəyirəm. İnşallah, onun əlini sıxmaq, görmək, qucaqlamaq mənə nəsib olar"

İ.Abdullayevin anası Humay Abdullayeva oğlunun ondan icazə aldığını söyləyib: "Məndən səfərə çıxmaq üçün xeyir-dua istədi. Allahdan oğlumun sağ-salamat gedib-qayıtmasını istəyirəm. Bundan başqa arzum yoxdur. İnşallah, Ərdoğanla görüşüb, arzusuna çatar".

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh