Bakıda avtomobil 39 yaşlı kişini vuraraq xəsarət yetirib
Qəzalar 6 Sentyabr 2019 01:01 260 dəfə oxunub
Bakıda avtomobil 39 yaşlı kişini vuraraq xəsarət yetirib
Ona onurğanın bel-oma nahiyəsinin travması diaqnozu qoyulub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində yerləşən Azneft dairəsində olub.

Belə ki, 39 yaşlı Əlizadə Cəmil Şamil oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona onurğanın bel-oma nahiyəsinin travması diaqnozu qoyulub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh