Bakıda motosikletlə avtomobil toqquşub, xəsarət alan var
Qəzalar 6 Sentyabr 2019 01:03 918 dəfə oxunub
Bakıda motosikletlə avtomobil toqquşub, xəsarət alan var
Məlumata görə, avtomobilin sürücüsü hadisə yerindən qaçıb

Bakıda motosikletlə avtomobil toqquşub.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə A.Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində olub.

Hadisə zamanı motosikletin sürücüsü 1991-ci il təvəllüdlü Quliyev Orxan Nazim oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Ona bud-baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Məlumata görə, avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh