"Volkswagen" Türkiyədə avtomobil istehsal edəcək

Avtoxəbər 6 Sentyabr 2019 09:00 Oxunub 1143
"Volkswagen" Türkiyədə avtomobil istehsal edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi mənbələr şirkətin artıq Türkiyəyə yatırım edəcəyinə qərarlı olduğunu vurğulayıb

Almaniyanın nəhəng avtomobil şirkəti “Volkswagen”in direktoru Herbert Diess Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə, Manisada qurulması gözlənilən istehsal müəssisəsi ilə bağlı məsələlər müzakirə edilib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu xəbəri Türkiyə mediası “Reuters” xəbər agentliyinə istinadla yayıb. Xəbərdə bildirilib ki, son dərəcə əhəmiyyət daşıyan bu əməkdaşlıqla bağlı gələn həftə rəsmi və ətraflı məlumat veriləcəyi gözlənir. Herbert Diessin “Volkswagen”in istehsal müəssisəsi yaratmaq üçün Türkiyə və Bolqarıstan ölkələri arasında seçim edəcəyi bildirilsə də, bəzi mənbələr şirkətin artıq Türkiyəyə yatırım edəcəyinə qərarlı olduğunu vurğulayıb.

Qeyd edək ki, Türkiyə 2018-ci ildə "Fiat", "Renault", "Ford", "Hyundai" ve "Toyota" kimi şirkətlərlə əməkdaşlıq edərək, 1,3 milyondan çox yüksək keyfiyyətli mühərrikli nəqliyyat vasitələri istehsal edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh