Avtosfer.az | Reklam
Bakıda sui-qəsdə oxşar qəza - Yük maşını "Mercedes"i qəsdən vurub kənara atdı - VİDEO
Avtosfer TV 6 Sentyabr 2019 11:28 4840 dəfə oxunub
Bakıda sui-qəsdə oxşar qəza - Yük maşını "Mercedes"i qəsdən vurub kənara atdı - VİDEO
Hadisə Aeroport yolunda qeydə alınıb

Bakıda yük və minik avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Aeroport yolunda qeydə alınıb. Belə ki, qoşqusuz "Tır" heç bir dönmə əməliyyatından istifadə etmədən yolun sağ hissəsində eyni istiqamətdə hərəkət edən "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən minik avtomobili idarəetmədən çıxıb, yolun kənarındakı bardyürə çırpılıb və daha sonra ağaca dəyərək dayanıb. Yük avtomobili isə yoluna davam edib.

Qeyd edək ki, görüntüləri "Facebook"da "Dj.Turalla AvtoStop" səhifəsi paylaşıb.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh