Yol polisi uşaq və yeniyetmələr arasında təbliğat işi aparır - FOTO
Yol polisi 6 Sentyabr 2019 11:39 134 dəfə oxunub
Yol polisi uşaq və yeniyetmələr arasında təbliğat işi aparır - FOTO
Məqsəd tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə yol polisinin köməyinin artırılmasıdır

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaqlarla və valideynlərlə görüşüb. Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsinin İctimai qurumlarla əlaqə şöbənin rəisi polis polkovnik-leytenantı Rüfət Quliyev və İdarənin baş inspektoru polis polkovnik-leytenantı İsa Deystaninin iştirak etdiyi görüşün keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə yol polisinin köməyinin artırılmasıdır.

Tədbirdə şagirdlərə küçə və yollarda təhlükəsizlik vərdişlərinin aşılanıb, onlarla "Yol hərəkəti haqqında" Qanunun tələbləri, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparılıb. Həmçinin Baş Dövlət Yol Polis İdarəsinin İctimai qurumlarla əlaqə şöbənin rəisi polis polkovnik-leytenantı Rüfət Quliyev uşaqların maraqlandıran müxtəlif suallara aydınlıq gətirib. Sonda şagirdlərə yol polisi əməkdaşları tərəfindən hədiyyələr təqdim olunub.

 

Emin

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh