Azərbaycanda 1304 ədəd yeni minik avtomobili istehsal olunub

Avtoxəbər 6 Sentyabr 2019 13:10 Oxunub 1484
Azərbaycanda 1304 ədəd yeni minik avtomobili istehsal olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2019-cu ilin yanvar-iyul aylarında

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 161,5 milyon manatlıq məhsul istehsal edilib.

Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 13,6 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı 7,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 28,3 faiz azalıb.

Dövr ərzində 837 ədəd traktor, 1304 ədəd minik avtomobili istehsal olunub.

2019-cu ilin yanvar-iyun aylarında ölkəyə 16965 ədəd minik avtomobili, 1593 ədəd yük avtomobili, 101 ədəd avtobus idxal olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh