Avtomobillərə texniki baxış polisdən alınıb, özəl şirkətlərə verilir? - Rəsmi cavab
Yol polisi 6 Sentyabr 2019 16:34 372 dəfə oxunub
Avtomobillərə texniki baxış polisdən alınıb, özəl şirkətlərə verilir? - Rəsmi cavab
"Hazırda gündəmdə belə bir məsələ mövcud deyil"

Bu gün bir sıra KİV-lərdə avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı səlahiyyətin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) alınması barədə məlumatlar yayılıb. Məlumatlarda qeyd olunur ki, bu işin hər hansı dövlət qurumuna deyil, özəl şirkətlərə həvalə edilməsi məsələsi müzakirə olunur. İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev oxu.az-a açıqlamasında bildirib ki, hazırda gündəmdə belə bir məsələ mövcud deyil: "Avtomobillərə texniki baxışın keçirilməsi səlahiyyətinin BDYPİ-dən alınması məsələsi ilə bağlı yayılan məlumatlar, sadəcə, bəzi saytların iddiasıdır.

İdarə tövsiyə edir ki, bir məsələ barədə daha dəqiq məlumat almaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi mövqeyi öyrənilməlidir".

ŞƏRH YAZ
Ad
E-mail
Şərh